TRAVERTİN TƏPƏLƏRİ

müasir və ya qədim karbonatlı bulaqların səthə çıxdığı yerdə, əhəngli tufların çökməsi nəticəsində əmələ gələn təpələr. Р–травертиновые холмы travertine mounds
TRAVERTİN TERRASLARI
TROQ
OBASTAN VİKİ
Colan təpələri
Colan təpələri (ərəb. هضبة الجولان‎ Haḍbatu 'l-Jawlān və ya مرتفعات الجولان Murtafaʻātu l-Jawlān) və ya Qolan təpələri (ivr. ‏רמת הגולן‏‎, Ramat HaGolan ) — Suriyanın cənub-qərb, İsrailin şimali-şərq ərazilərində yerləşən təpəlik ərazilər. Qolan platosu adı ilə də tanınan Qolan təpələri Livan, İordaniya və Suriya ilə sərhəd ərazidə yerləşir. Ərazidə zəngin su qanyaqları var. Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş Altı günlük müharibə zamanı İsrail tərəfindən işğal edilmişdir. 1981-ci ildə İsrail Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan etmişdir. Beynəlxalq təşkilatlar isə, bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir. 25 mart 2019-cu ildə ABŞ İsrailin Qolan təpələri üzərindəki suverenliyini tanıyan ilk dövlət olmuşdur.
Holan təpələri

Qazaxbəyli təpələri
Qazaxbəyli təpələri — Qazax rayonunun Qazaxbəyli kəndi yaxınlığında bir-birindən 250–300 m aralıda yerləşən təbii təpələr. Qazaxbəyli təpələrində 1952-ci ildə erkən Dəmir dövrünə (e.ə. 8–6 əsrlər) aid olan yaşayış yeri və qəbiristanlıq aşkar edilmişdir. Təpələrin birində yerləşən böyük qəbiristanlıqda qəbirlər dördkünc şəkildə qazılmışdır. Ölülər, başları müxtəlif istiqamətlərə olmaqla, sağ və ya sol böyrü üstə dəfn edilmişdir. Skeletlərin bəzilərinin altından iri diametrli gil xeyrələr (qablar) tapılmışdır. Qəbirlərdən qara və boz rəngli gil qablar, kəsmə xətlərlə bəzədilmiş və cilalanmış gil bardaqlar, çölməklər, qablar, camlar, parçlar, tunc balta, tunc kəmər, nizə ucluğu, dəmir dəstəli tunc qılınc, dəmir xəncərlər və s. aşkar edilmişdir. İkinci təpədə əldə edilən yerüstü arxeoloji materiallar qəbiristandakı tapıntılarla bənzərlik təşgil edir.
Qolan təpələri
Colan təpələri (ərəb. هضبة الجولان‎ Haḍbatu 'l-Jawlān və ya مرتفعات الجولان Murtafaʻātu l-Jawlān) və ya Qolan təpələri (ivr. ‏רמת הגולן‏‎, Ramat HaGolan ) — Suriyanın cənub-qərb, İsrailin şimali-şərq ərazilərində yerləşən təpəlik ərazilər. Qolan platosu adı ilə də tanınan Qolan təpələri Livan, İordaniya və Suriya ilə sərhəd ərazidə yerləşir. Ərazidə zəngin su qanyaqları var. Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş Altı günlük müharibə zamanı İsrail tərəfindən işğal edilmişdir. 1981-ci ildə İsrail Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan etmişdir. Beynəlxalq təşkilatlar isə, bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir. 25 mart 2019-cu ildə ABŞ İsrailin Qolan təpələri üzərindəki suverenliyini tanıyan ilk dövlət olmuşdur.
Qızılgül təpələri
Qızılgül təpələri — Qusar rayonunun Bədirqala kəndindən Şimal-Şərqdə,Qusar-Xudat şose yolunun sağında Erkən Orta əsrlərə aid yaşayış terinin qalıqlarıdır. Hər iki təpənin hündürlüyü 10 metrə qədərdir. Qızılgül təpələrində kəşfiyyat xarakterli qazıntılar zamanı təqribən 2 metrə yaxın qalınlığı olan mədəni təbəqə müəyyənləşdirilib. Arxeoloji materiallar əsasən boz və çəhrayı rəngli gil qablar və çay daşından düzəldilmiş dənəzənlərdən ibarətdir. Gil qablar o dövrdə bu zona üçün xarakterik olan daraqla vurulmuş naxışlarla bəzədilib.
Çanaxır təpələri
Çanaxır təpələri — Xaçmaz rayonunun Canaxır kəndi yaxınlığında, Ağçayın sahilində yerləşən antik dövrə aid arxeoloji abidə. Xaçmaz rayonu Mehrəliqışlaq və Canaxır kəndləri yaxınlığında olan Çanaxır təpələri qədim yaşayış məskənidir. Çanaxır təpələri Ağçayın sahilində aparılmış arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilib. Təsərrüfat işləri ilə bağlı olaraq mühəndis qurğularının inşası və şum zamanı islamdan əvvəlki sivilizasiyanın tapılmış nümunələri bu ərazidə qalın torpaq laylarının altında tarixi məlumatların yatdığından, əldə edilmiş tunc, dəmir və saxsıdan düzəldilmiş əmək alətləri, silahlar və bəzək əşyaları isə burada tarixin müxtəlif dövrlərində sənətkarlığın bir çox sahələrinin yüksək inkişafından xəbər verir. 1970-ci illərin sonunda Kurqanın ətəyində suvarma üçün kanal çəkilən zaman arxın divarının uçulması zamanı burada qadın skeletinin qalıqlarını tapılmışdır. Onun üzərində sırğalar, qollarında nazik ölçülü qolbaqlar, digər tunc asma bəzəklər aşkar etmişlər. Bundan əlavə buradan tuncdan dairəvi formalı, üstü şarvari formalı müxtəlif ölçülü bəzək əşyaları, at əsləhəsinin qalıqları və perçimlər də tapılmışdır. Eyni zamanda kişi qəbrindən tapılmış romb formalı tuncdan düzəldilərək üstü rəngli mina ilə naxışlanmış amuleti (zənciri dağılmış şəkildə) arxeoloqlar son tunc dövrünə aid etmişdir. Torpağın altından tapılmış abidələrə ölünün dəfni zamanı ayaq və baş tərəfi müxtəlif ölçülü və təyinatlı saxsı qabları (küp, cam, dopu, bardaqlar, qaraçıraqlar), hətta ikikameralı çıraqlar, dəmir silah və alətləri, tunc və misdən hazırlanmış hamar, naxışlı, burma formalı qolbağı, bəzək əşyalarını qeyd etmək olar. Müxtəlif rəngli daşlardan, sədəf və sümükdən hazırlanmış boyunbağılar da aşkar olunub.
Çaqqallıq təpələri
Çaqqallıq təpələri — Azərbaycan Respublikası Şabran rayonunun Aygünlü kəndindən 0,5 km. cənub-qərbdə, Samur-Abşeron kanalının hər iki sahilində Erkən tunc dövrünə aid yaşayış yeri. İki təpədən ibarətdir. Hündürlüyü 12 metr, sahəsi 2300 kv. metr olan birinci təpə Samur-Abşeron kanalının inşası zamanı dağılmış, 3 metr qalınlığında mədəni təbəqə aşkar olunmuşdur. Hündürlüyü 6 metr, sahəsi 2600 kv. metr olan ikinci təpədə mədəni təbəqə (qalınlığı 2 metrə yaxın) müəyyənləşdirilmişdir. Çaqqallıq təpələri, əsasən, qara rəngli, üstü cilalı gil qab (cam, çəllək, vaza və s.) qırıqları, daş məmulatı, çəkiclər, gəzli balta, oraq dişi, dən daşları və s. tapılmışdır. Yaşayış yeri Erkən Tunc dövrü əkinçi tayfalarının mədəniyyəti üçün səciyyəvidir.
Başlıbel travertin təzahürü
Buzqov travertin yatağı
Buzqov travertin yatağı- Babək rayonu ərazisində Naxçıvan şəhərindən 40 km şimal-qərbdə,Aşağı Buzqov kəndindən 2 kilometr şimaldadır. == Geoloji quruluşu == Geoloji quruluşunda Orta Dördüncü dövr yaşlı açıq-boz, sarımtıl-boz və ağ rəngli məsaməli travertin təşkil edir. Travertin yatağın şimal hissəsində yerləşən dərinlik qırılması boyunca çıxan isti bulaqlardan kalsium karbonatın çökməsi nəticəsində əmələ gəlmişdir.Sahəsi 0.6 kvadrat kilometr, faydalı qatın qalınlığı 5.7–9.0 metrdir.Blok çıxımı 42.8 faiz təşkil edir. Yüksək dekorativliyə malik olduğuna görə üzlük daşı kimi istifadə olunur. Tullantıları isə birinci növ əhəng istehsalında və çınqıl kimi yol tikintisində işlədilir. Yatağın əlverişli dağ-texniki şəraiti açıq istismar üçün yararlıdır.1983-cü ildən istismar olunur. Yatağın sənaye ehtiyatı 10409 min kub metrdir.
Istisu travertin yatağı
Qarabağlar travertin yatağı
Qarabağlar travertin yatağı – Naxçıvan Muxtar Respublikası ərazisində istismar olunan ən böyük travertin yataqlarından biri Naxçıvan MR-də müxtəlif tərkibli, tikinti-quraşdırma işlərində böyük pay sahibi olan antibakterial keyfiyyətə malik travertin və mərmər daş məhsulları hazırda əsasən Kəngərli rayonunun Qarabağlar kəndindəki daş ocaqlarında çıxarılır. Daş yatağında Almaniya və Türkiyə istehsalı olan texnikadan istifadə etməklə dağdan bloklar şəklində qaya parçaları qoparılır. Kəsilmiş daş parçaları yük avtomobillərinə yüklənərək Şahtaxtı dəmiryol stansiyasındakı vaqonlara daşınır, oradan da Naxçıvan şəhərindəki və Babək rayonunun Araz kəndindəki "Gəmiqaya Daş Məhsulları Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilir. Burada həmin bloklar kəsilərək plitələr çıxarılır, üzlük daşlar hazırlanır, müxtəlif təyinatlı məhsullar halına gətirilir. Həmin məhsullar isə cilalandıqdan sonra tikinti obyektlərinə göndərilir. Böyük və kiçik ölçülü travertin plitələrdən istər binaların fasadlarının üzlənməsində, istərsə də həyətyanı sahələrin bəzədilməsində, evlərin daxilində istifadə edilir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən verilən məlumatda göstərilir ki, müəssisədə illik travertin istehsalının həcmi təxminən 180-200 min kvadratmetr təşkil edir. Bundan əlavə olaraq ildə təxminən 25-30 min kvadratmetr dekarativ(mozaik) daş məhsulları da istehsal edilir. Onu da qeyd edək ki, müəssisənin istehsal etdiyi travertin daş məhsulları rəqabətədavamlı və ixracyönümlü məhsullardan biri hesab olunur. Hazırda müxtəlif çeşidli travertin daş məhsulları sifarişə uyğun olaraq, Bakı şəhərinə və Gürcüstan Respublikasına ixrac edilir.
Əsrik travertin təzahürü
Çaqqallıq təpələri yaşayış yeri